Overview

Corporate Lawyer Jobs in Baku, Baku Ekonomic Zone, Azerbaijan at Prior

Title: Corporate Lawyer

Company: Prior

Location: Baku, Baku Ekonomic Zone, Azerbaijan

Şirkət:Priorleasing

Vəzifə: Korporativ işlər üzrə hüquqşünas

 

Namizədə olan tələblər:

·        Ali təhsil (Hüquqşünaslıq ixtisasında);

·        BOKT, Bank və ya Lizinq sahəsində korporativ hüquqşünas kimi minimum 2 il təcrübə;

·        Azərbaycan Respublikasının Mülki Məcəlləsi, (xüsusilə əşya hüququ,lizinq hüquq,

·        öhdəliklər və müqavilələr hüququ), Korporativ hüquq, İnzibati Xətalar Məcəlləsi və "Bank olmayan kredit təşkilatları haqqında" Qanunu üzrə dərindən biliklər;

·        Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət orqanlarının BOKT-lar üçün müəyyən etdiyi normativ-hüquqi bazaya tam hakim olmaq;

·        Azərbaycan dilində mükəmməl səviyyədə həm şifahi, həm də yazılı (hüquqi sənədləşmə) bacarıqlar, rus və ya İngilis dili bilikləri üstünlük hesab olunur.

 

 

Vəzifə öhdəlikləri: 

·        Səhmdarların (təsisçilərin) ümumi yığıncaqlarının, Müşahidə Şurası və İdarə Heyəti iclaslarının hüquqi təşkilatçılığı;

·        Gündəliklərin, protokolların, qərarların (o cümlədən, nizamnamə kapitalının

·        artırılması/azaldılması, filialların açılması) layihələrinin hazırlanması;

·        Mərkəzi Bank (AMB) ilə koordinasiya:

·        BOKT fəaliyyətini tənzimləyən prudensial tələblərin hüquqi ekspertizası;

·        Yeni requlyativ dəyişikliklərin daxili siyasətlərə (Kredit, Lizinq, Risklərin İdarə Edilməsi və PL/ƏMTK qaydalarına) inteqrasiyası;

·        Qrupdaxili əməliyyatlar: Holdinq tərkibindəki şirkətlər arasında həyata keçirilən əqdlərin (məsələn, proqram təminatı, İT infrastruktur və lisenziyaların devri, borcun köçürülməsi) müvafiq Mülki Məcəllənin tələblərinə və transfer qiymətqoyma qaydalarına uyğun rəsmiləşdirilməsi;

·        Müqavilə Hüququ və Risk Menecmenti "Alıcı" mövqeyinin müdafiəsi: Kənd təsərrüfatı texnikalarının, avtomobillərin və digər lizinq obyektlərinin xarici və yerli dilerlərdən alqı-satqısı müqavilələrinin tərtibi;

·        Təhvil-təslim, zəmanət şərtləri və fors-major hallarında şirkətin "Alıcı" qismində hüquqi risklərinin minimuma endirilməsi;

·        Kredit və Lizinq sənədləşməsi: Üçtərəfli lizinq, həmçinin standart kredit, ipoteka, girov və zaminlik müqavilələrinin hazırlanması və notarial qaydada təsdiqi prosesinə nəzarət.

 

 

İş şərtlərimiz:

·           Əmək haqqı: müsahibə əsasında;

·           İş qrafiki : Tam iş günü (5 gün);

·           İş saatları: 08:30-17:30;

·           İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə Hüquqşünas” yazaraq [email protected]  ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2448&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.  Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Upload your CV/resume or any other relevant file. Max. file size: 800 MB.